Polisdən qaçdı, qəza törətdi – BAKIDA - VİDEO

Bakıda yol polisinin “saxla!” əmrinə tabe olmayan sürücü qəza törədib. Avtosfer.az-ın ANS-ə istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Yol polisi əməkdaşları yol hərəkəti qaydasını pozan “Mercedes” markalı avtomobilin sürücüsünə saxlamaq əmri verib. Lakin sürücü əmrə tabe olmayıb və polis əməkdaşlarının gözündən yayınmağa çalışıb. Yol polisi əməkdaşları sürücüsünün özünü şübhəli apardığı avtomobili məcburi qaydada dayandırmağa çalışıblar. “Mercedes” Niyazi küçəsi ilə “Azneft" meydanına doğru hərəkət edib. Lakin dairədə yol- patrul xidmətinin avtomobilinin olduğunu görən sürücü yüksək sürətlə Adil İsgəndərov küçəsinə daxil olub. Sürət yüksək olduğundan, sürücü idarəetməni itirib və maşını yol kənarında dayanan “Lada Priora” markalı avtomobilə çırpıb. Polis əməkdaşlarından qaçan sürücünü yalnız bundan sonra dayandırmaq mümkün olub. Hadisədən sonra sürücü polislər tərəfindən sərxoşluq dərəcəsinin təyin edilməsi üçün ekspertizaya aparılıb.
Qəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis şöbəsində araşdırmalar aparılır. Sürücünün şəxsiyyəti və onun polislərdən hansı səbəbdən qaçmağa cəhd göstərməsi isə hələlik məlum deyil.
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO










