Polisə müqavimət göstərən sərxoş sürücü qəza törətdi
Qəzalar
6 Dekabr 2014 14:12

Əraziyə post-patrul xidmətinin əməkdaşları çağırılıb və sürücü içki testinə cəlb olunub
Bakıda sərxoş sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. 90 LT 791 nömrəli, "Hyundai" markalı avtomobilin sürücüsü prospektlə yüksək sürətlə hərəkət edib. Yol polisinin qanuni "Dur!" tələbinə məhəl qoymayan sürücü idarəetməni itirərək maşını əvvəlcə beton arakəsməyə daha sonra yol kənarındakı ağaca çırpıb. Dərhal hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəliblər. İçkili sürücü və sərnişini xəsarət almasa da, avtomobilinə ciddi ziyan dəyib. Sürücü yenə polisə tabesizlik göstərib və içki testindən keçməkdən imtina edib. Əraziyə post-patrul xidmətinin əməkdaşları çağırılıb və sürücü içki testinə cəlb olunub. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.
Oxunub : 1839
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ












