Polisləri gücdən salan dəvəquşu - küçədə tıxac yaratdı -VİDEO

Fermadan qaçan dəvəquşu yolda nəqliyyatın hərəkətini iflic etdi. Qəribə hadisə Çinin şərqində baş verib. Yola çıxan dəvəquşu bir neçə dəfə qəza şəraiti yaradıb. Hətta polislər saatlarla dəvəquşunu ram edə bilməyib. Avtosfer.az atvxəbər-ə istinadən bildirir ki, müşahidə kamerasından lentə alınan görüntülərdə iri dəvəquşunun avtomobil yolunda, bir yük maşınının arxasınca qaçdığı öz əksini tapır. Boyu 2 metrdən hündür olan dəvəquşunu yaxalamaq üçün əraziyə yol polisləri cəlb olunub. Saatlarla davam edən dəvəquşu tutma əməliiyyatından sonra yolda hərəkəti bərpa etmək mümkün olub. Məlum olub ki, ortalığı qatan dəvəquşu şəhər sakinlərindən birinə məxsusdur. Sahibi həyətində 2 dəvəquşu saxladığını, onlardan birinin səhər saatlarından yoxa çıxdığını təsdiqləyib. Yeri gəlmişkən, bu hal Çində ilk dəfə baş vermir. May ayında Zanqjou şəhərində də eyni növdən olan başqa bir canlı polislərə və sakinlərə çətin anlar yaşatmışdı.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












