Qaban ağır yol qəzasına səbəb oldu; 4 ölü, 1 yaralı - FOTOLAR

Rusiyanın Tümen əyalətində qaban ağır yol qəzasına səbəb olub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə “Kurqan – Tümen” şosesinin 141-ci kilometrliyinin, İsetsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, qarşısına çıxan qabanı vurmamaq üçün manevr edən 22 yaşlı sürücü, idarə etdiyi “Lada” markalı maşının sükan hakimiyyətini itirərək yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “Mitsubishi” markalı avtomobillə ilə toqquşub.
Zərbənin şiddətindən “Lada” yol kənarına düşüb, qaban isə tələf olub.
Qəza nəticəsində “Lada”nın sürücüsü və onun 3 sərnişini (45 yaşlı qadın, onun 4 yaşlı qızı və 43 yaşlı kişi) aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, “Mitsubishi”nin 27 yaşlı sürücüsü isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev





Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












