Qaradağda elektrovozun vurduğu şəxsin ölümü ilə bağlı cinayət işi başlanıb

Sentyabrın 19-də Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində Maarif Şükürovu elektrovozun vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon Prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla piyada Maarif Şükürovun Səngəçal-Qaradağ dəmir yolu xəttinin Sahil qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən elektrovozla vurularaq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












