“Qardaşımı vurub qaçan sürücü köməklik etmir, “arxamda adamlar var” deyir”

Bakı şəhər sakini Sərxan Qədimov qardaşı Sənan Rzazadənin qəzada ağır yaralanmasına baxmayaraq, sürücünün məsuliyyətə cəlb edilməməsindən narazıdır.
Avtosfer.az xəbər verir ki, vətəndaş bildirib ki, qardaşı "SOCAR Petrolium" şirkətinin əməkdaşıdır. Hadisə də iyulun 14-də elə Qala-aeroport yolundakı yanacaqdoldurma məntəqəsində, iş başında olarkən baş verib: “Qardaşım Fərhad Vəliyev adlı sürücü tərəfindən BMW markalı, 90 LC 535 dövlət qeydiyyat nömrə nişanlı maşınla vurulub. Maşın onun başının üstündən keçib. Daha sonra yanacaqdoldurma məntəqəsindəki marketə çırpılıb. Bundan sonra sürücü hadisə yerindən qaçıb. Qəza nəticəsində qardaşım ağır kəllə-beyin travması, baş-beyin əzilməsi, gicgah sümüklərinin sınığı, hemorragik kontuziya, pnevmosefaliya, qansızma, ənsədə cırılmış-əzilmiş yara, döş qəfəsinin sıyrılmış yaraları diaqnozları ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Əvvəlcə qardaşımı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirdik. Orada dedilər ki, sığorta müalicə xərclərini qarşılayacaq. Amma gördük ki, qardaşımın durumu getdikcə pisləşir. Ona görə qərara gəldik ki, başqa xəstəxanaya köçürək. Özəl klinikalardan birinə köçürdükdən sonra düzəlməyə başladı. Hazırda bir gözü kor olub. Amma hadisəni törədən adam müalicəsi üçün heç bir kömək etmir. 12 min manatdan çox pulumuz çıxıb, amma bizə cəmi 2 min manat dəstək göstərib. Hazırda da klinikaya olan borcumuz qalmaqdadır”.
Sərxan Qədimov hadisənin iş başında baş verməsinə baxmayaraq, SOCAR tərəfindən də hər hansı dəstək almadıqlarını bildirib. Şikayətçinin iddiasına görə, iş Xəzər RPİ-də araşdırılır. Lakin məsələyə səthi yanaşılır: “İşi aparan müstəntiq Elvin Cəfərov məsələyə səhlənkar yanaşır, cinayət işi başladılmasının qarşısını bilərəkdən almaq istəyir. Mən də buna etiraz olaraq dəfələrlə onunla əlaqə saxlamağa çalışmışam. Amma mənə cavab vermir. Sonuncu dəfə dedi ki, mənə zəng eləmə. Fərhad Vəliyev isə deyir ki, “arxamda adamlar var, mənə heç nə edə bilməzsiniz””.
İddialarla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqəli prosesual tədbirlərin qanunamüvafiq qaydada icra edilmədiyi barədə fikirlər əsassızdır: “Hadisədən sonra müvafiq ekspertizalar təyin olunmaqla, tərəflərin izahatı alınmaqla material Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hazırda icraata qəbul edilməklə prosesual tədbirlər davam etdirilir”.
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO












