Qəbələdə maşın iki məktəbli qızı vurdu

Qəbələ rayonunda yolu keçən iki şagirdin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib Avtosfer.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 55-ci kilometrliyində, Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində qeydə alınıb. Rayonun Bunud kənd sakini, 1992-ci il təvəllüdlü Ağasəfli Mərhəmət Heydər oğlu idarə etdiyi 36-BD-622 dövlət nömrə nişanlı “VAZ 21014” markalı minik maşını ilə yolu keçən iki piyadanı - Vəndam qəsəbə sakinləri, 2005-ci il təvəllüdlü Həmidova Aylan Şəhriyar qızını və 2006-cı il təvəllüdlü Hüseynova Aylin Orxan qızını vurub. Vəndam qəsəbə tam orta məktəbinin 3-cü sinif şagirdləri olan qızlar ağır bədən xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər. Aylin Hüseynovanın vəziyyətinin daha ağır olduğu bildirilir. Məlumata görə, hadisə uşaqlar məktəbdən evə qayıdarkən baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












