Qəza törədən sərxoş sürücü maşından düşə bilmədi - VİDEO

Qəza saat 18:25 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 48-ci km-də Şəkinin Daşüz kəndi ərazisində qeydə alınıb. Avtosfer.az Region TV-ə istinaədn xəbər verir ki, hadisə zamanı Füzuli rayon sakini Məmmədov Həsən Saday oğlu idarə etdiyi 10-DR-178 dövlət nömrə nişanlı «VAZ-2107» markalı avtomobillə Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yoldan çıxarıb. Xoşbəxtlikdən qəza zamanı avtomobilə və sürücüyə heç nə olmayıb.
Hadisə yerinə Şəki TTTYS-nin həkim briqadası cəlb olunub. Lakin hadisə zamanı maraqlı bir fakt qeydə alınıb. Belə ki, sürücünün tamamilə sərxoş olduğu bəlli olub. Hadisə zamanı sürücü avtomobilin qapılarını kilidləyərək ilk olaraq avtomobildən düşməkdən imtina edib. Lakin sonradan yol patrul xidməti əməkdaşlarının köməkliyi ilə sürücü avtomobildən düşürülüb. Daha sonra sürücü həkim baxışından keçdikdən sonra DYP-nin ərazidə yerləşən postuna aparılıb. Hadisənin sürücünün avtomobili sərxoş idarəetməsi səbəbindən baş verdiyi bildirilir. Fakt araşdırılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












