Qəzaya uğrayan təyyarədə ölənlərdən biri məşhur iş adamı olub

İspaniyanın Xeres de la Frontera hava limanından havaya qalxan və Almaniyanın Köln hava limanına gedərkən Baltik dənizinə düşən şəxsi təyyarədə olanların kimliyi məlum olub.
Avtosfer.az Kölndə nəşr olunan “Express” qəzetinin ailə üzvlərinə əsaslanaraq dərc etdiyi xəbərdə dünən axşam saatlarında qəzaya uğrayan və dağıntıları axtarmağa davam edən təyyarənin pilotunun 72 yaşlı iş adamı Peter Qrizmanın olduğu bildirilib.
Məlumata görə, Kölnlü iş adamının həyat yoldaşı Juliane, qızı Lisa və qızının sevgilisi də təyyarədə olub.
Xəbərdə Cessna 551 tipli şəxsi təyyarədən istifadə edən və Köln şəhərinin tanınmış simalarından olan Qrizmanın həm də Köln karnavalındakı qruplardan biri olan Blue Sparks-ın fəxri prezidenti olduğu bildirilib.
Dünən gecə havaya qalxdıqdan qısa müddət sonra nasaz vəziyyətdə olan təyyarə ilə radio əlaqəsi kəsilib və hündürlüyünü sürətlə itirən təyyarənin Latviyanın Ventspolis şəhəri yaxınlığında Baltik dənizinə düşdüyü müəyyən edilib.
Xilasetmə qruplarının Baltik dənizində 6 kvadrat kilometr ərazidə təyyarənin qalıqlarına çatmağa çalışdığı qeyd edilib.
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO











