Qobustanda yol qəzası nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

Ələtdə baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, Bakı-Qazax magistralının 57-ci kilometrliyində yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
***
20.56
Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verən qəza ilə əlaqədar 1 nəfər kişi hadisə yerində ölüb, 4 nəfər (1-i kişi, 3-ü qadın olmaqla) Kliniki Tibbi Mərkəzə təxliyyə edilir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Xəstələrin vəziyyəti ağır qiymətləndirilir. Qəza ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına müraciət edilib. Hadisə yerinə tibb briqadaları cəlb olunub.
***
20.51
Qobustan rayonunun ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.
Avtosfer.az -ın xəbərinə görə, hadisə nəticəsində ölən və xəsarət alanlar var.(APA)
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO











