Qonşusunun maşınını qaçıran Qax sakini qəzası törətdi

Qonşusunun maşınını qaçıran Qax sakini yol qəzası törədib. Hadisə noyabrın 3-də, axşam saatlarında Yevlax –Zaqatala - Gürcüstan sərhəd magistral yolunun 130-cu kilometrliyində, Zaqatalanın Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Qax şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 19-da yaşayan, 1976-cı il təvəllüdlü Eldar Allahverdi oğlu Paşayev idarə etdiyi “Qaz 2410” markalı , “34 BA 484” dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını əvvəlcə yolun sol kənarındakı daş hasara, daha sonra isə ağaca çırpıb. Qəza nəticəsində bədən xəsarəti alan Eldar Paşayev əvvəlcə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ( RMX) ilkin müayinə edildikdən sonra Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qax RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Eldar Paşayevin vəziyyəti orta-stabil qiymətləndirilir, müalicəsi xəstəxanada aparılır.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat qəzası törədən Eldar Paşayev idarə etdiyi “QAZ 2410” markalı avtomobili noyabr ayının 3-ü, günün ikinci yarısında elə özünün yaşadığı Qax şəhəri Cəfər Cabbarlı küçəsi, ev 1-də yaşayan, 23 yaşlı Məhəmməd Kərimovun evinin qarşısından qaçıraraq şəhəri qısa zaman ərzində tərk edib. Yol qəzası baş verməzdən bir qədər əvvəl Məhəmməd Kərimov ailəsinə məxsus avtomobilin oğurlanması barədə Qax rayon Polis Şöbəsinə müraciət edib. Məlumatda bildirilir ki, qonşusunun maşınını qaçıraraq yol qəzasını törədən Eldar Paşayev əvvəllər məhkumluq həyatı yaşayıb, hadisəni törədən zaman isə içkili olub.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO















