Qubada çeçenlər ağır qəzaya düşdü: 2 ölü, 6 yaralı - YENİLƏNİB

Bu gün axşam saatlarında ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya federasiyası dövlət sərhəddi yolunun Quba rayonu, Paşaoba kəndi ərazisində qeydə alınıb. 99 BA 788 dövlət nömrə qeydiyyatlı “Mersedes Vita” markalı avtomaşınla 10 DE 509 dövlət nömrə nişanlı “VAZ 2107” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
***
Quba Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, qəzaya düşənlərin 6-sı Rusiya Federasiyası, Çeçenistan Respublikasının sakinləridir. 1978-ci il təvəllüdlü İsayeva Zaida Sedreddinoviç hadisə zamanı dünyasını dəyişib. Digər 5 nəfər – 23 yaşlı İsakova Larisa Aleksandrovna, 26 yaşlı Luisa Biddilova, 1972-ci il təvəllüdlü Manatarova Larisa Baxayevna, 1967-ci il təvəllüdlü Bustayeva Luiza Şaxayevna və Lorisa Bondora Aleksandrovna.
Digər xəsarət alan şəxs isə 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Süleymanov Kamil Gülrza oğludur. Onlar Quba MRX-na yerləşdirilib. “VAZ 2107”-nin sürücüsü Cəfərov Zümrəddin Minacəddin oğlu da hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO

















