Sabirabadda yol qəzası törədən sürücü yaxalandı

Avtosfer.az xəbər verir ki, Sabirabad rayonunda bir neçə gün əvvəl yol nəqliyyat hadisəsi törədən sürücü müəyyən edilib. Bu barədə teleqraf-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Sabirabad rayonu ərazisində Səxavət Ağasovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “VAZ-2106” markalı avtomobilin sürücüsü, Sabirabad rayon sakini Musa Babayev tərəfindən törədilməsi müəyyən edilib. O, saxlanılaraq barəsində cinayət işi başlanıb. Qeyd edək ki, hadisə rayonun Qaratəpə kəndində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Səxavət Ağasov vurulub. Piyada xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












