Şagirdini xilas edərkən ölən müəllimin maşını tapıldı, meyiti yox

Bir neçə gün əvvəl Sabirabad rayonunun Cavad kəndində yeni istifadəyə verilmiş körpüdən Kür çayına düşən avtomobil tapılıb. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, Cavad kənd sakini, 1957-ci il təvəllüdlü Əhliman Hüseynova məxsus "VAZ 2107" markalı avtomobil bu gün tapılıb və kənd camaatının köməkliyi ilə sudan çıxarılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Ə.Hüseynovun axtarışını davam etdirirlər.
Qeyd edək ki, yol qəzası dekabrın 6-da baş verib. Həmin vaxt Ə. Hüseynovun idarə etdiyi maşında qohumunun qızı, 9 yaşlı Hüseynova Güldəstə də olub. Mərhum məktəbli qızın həyatını xilas etsə də, özü sudan çıxa bilməyib.
Ə.Hüseynov Sabirabadda 5 saylı orta məktəbin müəllimi imiş. O, dərs günləri G.Hüseynova, eləcə də digər şagirdləri rayon mərkəzinə gətirib-aparırmış.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












