Salyanda 20 yaşlı gənci avtomobil vurdu, vəziyyəti ağırdır

Qəzalar 9 İyul 2021 08:06
Salyanda 20 yaşlı gənci avtomobil vurdu, vəziyyəti ağırdır
WhatsApp kanalımıza abunə olun

Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Salyan rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Qurbanov İxtiyar Arif oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və alın sümüklərinin sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1192
ŞƏRH YAZ
Ad

E-mail

Şərh