Salyanda ağır qəza: 2 ölü, 1 yaralı

Salyan rayonunda faciə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən apa-nın Mil-Muğan bürosuna verilən məlumata görə, dekabrın 22-də saat 23.30 radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində - Salyan rayonu ərazisində Salyan rayon sakinləri, 1984-cü il təvəllüdlü Əsgərov Rauf Ramil oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Mehdiyev Elşad Qəmbəralı oğlunun idarə etdiyi “Tayota-Prado” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2106”-da olan sərnişinlər - Salyan rayonu Xalac kənd sakini, 1980-ci il təvəllüdlü İsayev Vüqar Mehman oğlu və Salyan rayon Kürkənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Elmar Bəyoğlan oğlu hadisə yerində ölüb. “VAZ 2106”-nın sürücüsü ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












