Salyanda avtomobil 64 yaşlı kişini vurdu
Qəzalar 24 Noyabr 2020 10:59 Oxunub 200
Salyanda avtomobil 64 yaşlı kişini vurdu

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun “PMK-23” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Salyan şəhər sakini, 1956-cı il təvəllüdlü Abışov Rafiq Abdulla oğlunu minik avtomobili vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh