Salyanda avtomobilin vurduğu piyada ölüb

Salyanda avtomobil qəzasında xəsarət alan rayon sakini xəstəxanada dünyasını dəyişib. “Report” xəbər verir ki, qəza nəticəsində Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 1990-cı il təvəllüdlü Əliyev Bayram Əliyar oğlunun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq o, bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, hadisə ötən gün günorta saatlarında Ələt-Astara magistral yolunda, şəhər ərazisindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Salyan şəhər sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Ümid Rafət oğlu idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə BMW yolun kənarında dayanmış avtomobil yuyucusu B.Əliyevi oğlunu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada, habelə qəzaya uğramış avtomobilin sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












