Salyanda “Hyundai” aşdı - Xəsarət alanlar var - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan rayonunun Kürsəngi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Hyundai Tucson” markalı minik avtomobilinin, ilkin ehtimala görə, yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirirək çevrilməsi nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalması müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi alətlərin köməyi ilə yol-nəqliyyat qəzası zamanı nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Əhmədov Rafət Hilal oğlu avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində Salyan rayon sakinləri, 1970ci il təvəllüdlü Hüseynov Elxan Qulam oğlu, 1961-ci il təvəllüdlü Əhmədov rafət Hilal oğlu və 1969-cu il təvəllüdlü Əhmədova Mənzər Afət qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Salyan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən qəzada xəsarət alanlar olub.
Avtosfer.az xəbər verir ki, hadisə saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Kürsəngi kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












