Şəki yollarında 13 nəfər ölüb

Yola saldığımız 2014-cü il bir çox hadisələr, qəzalarla yadda qaldı. Bu qəzalar bir çox insanın həyatına son qoydu, bir çox ailələr gözüyaşlı qaldı. Statistika da ürəkaçan deyil. Avtosfer.az kanals-ə istinadən bildirir ki, 2013-cü ilə nisbətən ötən il baş verən qəzalarda ölənlərin sayında artım var. Ümumiyyətlə, ötən il 100-dən çox qəza baş verib, ölüm və xəsarətlərlə nəticələnən qəzaların sayı isə 30 olub. 2014-cü il ərzində Şəkidə 30 yol nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 13 nəfər dünyasını dəyişib. Bunlardan biri azyaşlı uşaq, biri qadın, digərləri isə kişi olub. Ümumiyyətlə isə qəzalarda 38 nəfər xəsarət alıb. Ötən il qəzaların 80 faizi ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəbindən baş verib. Qəzalar müxtəlif ərazilərdə qeydə alınıb. Ancaq Şəki-Qax magistralı belə hadisələrin ən çox baş verdiyi ərazi kimi yadda qalıb. Bu qəzaları törədən sürücülərin bir çoxu yola nabələd olub. Ötən il ərzində yol hərəkəti qaydalarının pozulmasına görə 5531 protokol tərtib olunub. Halbuki bu rəqəm 2013-cü ildə 4817 olub. Bu isə qayda pozuntularının artdığını göstərir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












