Şəkidə yük avtomobili aşıb, ölən və xəsarət alanlar var - FOTO

Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə iyunun 14-də saat 18 radələrində Şəki şəhərinin Bağbanlar küçəsində qeydə alınıb. Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü İlqar Vahid oğlu Hacıyevin idarə etdiyi “ZİL” markalı yük avtomobili idarəetməni itirərək aşıb.
Qəza zamanı avtomobilin kabinəsində olan sərnişin - 1968-ci il təvəllüdlü Rizvan Fikrət oğlu Cəlilov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb. Digər sərnişin, 1967-ci il təvəllüdlü Qüdrət Nemət oğlu Alxasov isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Hadisə zamanı hər iki sərnişin kabinədə sıxılmış vəziyyətdə qaldığından, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon hissəsinin xilasediciləri cəlb olunub. Onların müdaxiləsi nəticəsində Rizvan Cəlilovun meyiti və yaralı Qüdrət Alxasov avtomobildən çıxarılaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadasına təhvil verilib.
Qəza nəticəsində sürücü İlqar Hacıyev də müxtəlif dərəcəli xəsarətlər alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Türkiyədə helikopter qəzası - Polkovnik ÖLDÜ - VİDEO - YENİLƏNİB
Motosiklet və moped qəzaları: 6 ayda 18 nəfər ölüb
Lerikdə "Niva" aşıb - VİDEO - YENİLƏNİB
Kuşadasına gedən avtobus aşdı: 30-dan çox YARALI VAR - VİDEO
Tanınmış aktrisa avtomobil qəzasında öldü
Qubada ağır qəza: "VAZ" işıq dirəyini aşırdı - VİDEO
Cəlilabadda “Toyota” aşdı - Yaralılar var - FOTO
Prospektdə “Hyundai” “Mercedes”ə çırpıldı – Təlimçi səbəbi açıqladı - VİDEO
Kobud qayda pozuntusu 4 nəfərin həyatına son qoydu - DYP görüntüləri YAYDI - VİDEO
Salyanda qəzada ölənlərin FOTOsu
Körpüdə ağır yol qəzası; 3 maşın bir-birinə çırpıldı - VİDEO










