Sement daşıyan avtomobil «06» ilə toqquşdu

Gəncə-Şəmkir avtomobil yolunun ikinci kilometrliyində 2 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini, 1971-ci il təvəllüdlü İlham Mamed oğlu Mürsəlovun idarə etdiyi “Howo” markalı sement daşıyan avtomobil, Göygöl rayon Quşqara kənd sakini, 1982- ci il təvəllüdlü Taryel Surxay oğlu Mustafayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ 2106”-nın sürücüsü və sərnişini 1980-ci il təvəllüdlü Elmir Elman oğlu İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlər sürücünün vəziyyətini qənaətbəxş, sərnişinin isə səhhətini orta ağır qiymətləndirirlər.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












