Şəmkirdə ağır qəza: Xəsarət alanlar var - VİDEO

"Bu gün saat 12:05-də baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə üç nəfər (iki kişi, bir qadın cinsli olmaqla) hospitalizasiya olunub".
Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.az-a Şəmkir Rayon Mərkəzi Xəstəxanasından verilib.
"Müxtəlif yüngül travmalar alan hər üç şəxsə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olduğu üçün zəruri tibbi yardım aldıqdan sonra evə buraxılıblar", - deyə məlumatda bildirilib.
**
Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı videogörüntü yayımlanıb.
Baş vermiş hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev qeyd edib ki, sözügedən hadisə bu gün səhər saat 11:50-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 396-cı kilometrliyində, Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində baş verib.
"Sürücü, Göyçay şəhər qeydiyyatında olan 1996-cı il təvəllüdlü Etibar Müşfiq oğlu İbrahimlinin idarə etdiyi "Honda Inside" markalı 77-DJ-129 dövlət qeydiyyat nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən qəzaya uğrayaraq, yolun orta hissəsində olan dəmir konstruksiyalı səddə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır".
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











