Səngəçalda iki yük avtomobili toqquşub, 1 nəfər xəsarət alıb - VİDEO

Sentyabrın 29-da səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a verilən xəbərə görə, məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Qaradağ rayonu üzrə xilasedicilər qrupu dərhal hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "KamAZ" və "MAN" markalı yük avtomobillərinin toqquşması ilə baş verən yol-qəza hadisəsi nəticəsində "KamAZ" markalı yük avtomobilinin sərnişini, 1975-ci il təvəllüdlü Kadirov Zaur Şəmsəddin oğlu avtomobildə sıxılı vəziyyətdə qalaraq köməyə ehtiyacı yaranıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə Z.Kadirovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu












