Sərdar Cəlaloğlu qəza törətdi, 50 manat pul verib getdi

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu idarə etdiyi avtomobillə mopedi vurub.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə “Müsavat”a moped sürücüsü Hüseyn Tanrıverdiyev müraciət edib.
Onun sözlərinə görə, hadisə martın 15-i səhər saatlarında Rəşid Behbudov küçəsində baş verib.
H. Tanrıverdiyev bildirib ki, S.Cəlaloğlu ona 50 manat pul verərək hadisə yerindən sürətlə uzaqlaşıb: “Rəşid Behbudov küçəsindən üzü “28 May” tərəfə qalxırdım. Orada işıqfor yandı. Mən 3-cü xətdən 2-ci xəttə keçdim. O da birinci xətdən gəlirdi. Mən sola döndüyüm məqamda o məni vurdu. Sürətlə səki daşlarına dəydim, yerə yıxıldım. Ondan sonra insanlar ətrafıma yığışdı. Sərdar müəllim avtomobilini qabaqda saxlayıb yanıma gəldi, sadəcə “yaxşısan” filan deyərək maşınına tərəf getdi. Arxasınca gedib dedim ki, kömək edin. Mənə qayıdıb dedi ki, sən avtomobilimi vurmusan. Dedim ki, axı motosikletlə necə o böyüklükdə maşını vura bilərəm? Çıxarıb mənə 50 manat pul verdi. Həmin vaxt motosikletə baxmamışdım, sonradan baxanda gördüm ki, xərci 220 manat civarında edir. Qayıdıb təzədən söhbət etmək istəyəndə gördüm ki, yoxdur. Sürüb getmişdi…”
Sürücü qeyd edib ki, sonradan polis əməkdaşları hadisə yerinə gələrək şikayətçi olub-olmadığını soruşublar: “Həmin vaxt üçün bunu düşünəcək vəziyyətdə deyildim. Dedim ki, özü ilə danışmışam. Düşünürdüm ki, sonradan maraqlanar. Polislər dedi ki, nəsə bir şikayətin olsa, Nəsimi Rayon Polis İdarəsinə yaxınlaşarsan. Mopedi ustaya göstərdim, dedi ki, 250 manata yaxın xərci var. Lap Sərdar müəllim də maraqlana bilər. Kiminsə mənə artıq pulu lazım deyil. Ailəmi öz zəhmətimlə dolandırıram. İndi də mopedi düzəltdirməyə imkanım yoxdur. Xahiş edirəm ki, Sərdar müəllim mənə kömək etsin. Sadəcə özü ilə əlaqə saxlamaq imkanım olmadığı üçün sizə üz tutdum”.
S. Cəlaloğlu bildirib ki, qəzada heç bir günahının olmayıb, hətta dəyən ziyanı artıqlaması ilə ödədiyini vurğulayıb: “Hara istəyirsə, müraciət etsin”.
Faciəli şəkildə ölən gizirin FOTOsu
Laçın-Şuşa yolunda HƏRBÇİLƏR QƏZAYA DÜŞDÜLƏR: ÖLƏN var - YENİLƏNİB
Normadan artıq yüklənmənin səbəb olduğu qəzaların ANBAAN VİDEOSU
"Gənclik”də 2 marşrut avtobusu toqquşdu - FOTO
Keçidin 10 metrliyində vurulan qadın havaya uçdu - VİDEO
Sumqayıtda zəncirvari qəza: Üç avtomobil TOQQUŞDU - VİDEO
Sumqayıtda qatar "KamAZ"la toqquşdu - YENİLƏNİB
Siyəzəndə sürücü sükan arxasında infarkt keçirdi, maşın kanala aşdı - FOTO
Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri BUZ BAĞLADI: Qəza baş verdi - FOTO
Hərbi təyyarə qəzaya uğradı, əhali kömək əvəzinə səpələnən pulları taladı
Moped və motosiklet qəzalarının əksəriyyəti ölümlə nəticələnir - REAL VİDEO










