Sərxoş "avtoş": “Kişi kimi söz verirəm” - FOTO

Qusar küçələrində sərxoş halda avtoşluq edərək yol polislərinin qanuni tələblərini pozan Quba sakini saxlanılıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, 25 yaşlı Amil Zeynalov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “at oynatma”sı ona baha başa gəlib. Saxlanılan şəxs bölgə müxbirinə bildirib ki, əməlindən peşmandır: “Bundan sonra içkili sürmərəm. Spirtli içki də qəbul etməyəcəyəm. Kişi kimi söz verirəm”.
Amil Zeynalov bundan sonra uzun müddət idarə edə bilməyəcək. Çünki Qusar rayon Məhkəməsinin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə əlindən alınıb. Üstəlik İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə 20 sutka azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Qusar rayon polis şöbəsinin araşdırmalarına görə, baş verən qəzaların 42 faizi məhz yüksək sürət və maşını sərxoş halda idəraetmə səbəbindən olur.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO













