Sinay yarımadasında helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var - YENİLƏNİB

Misirin Sinay yarımadasında Beynəlxalq sülhməramlılara məxsus helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri vəzifəsini icra edən Kris Miller bildirib.
O, qeyd edib ki, ölənlərdən 6-ı ABŞ-ın hərbi qulluqçuları, habelə Fransa, Çexiya vətəndaşlarıdır.
"Biz Sinay yarımadasında helikopter qəzası nəticəsində Amerikanın 6 hərbi qulluqçusunun, həmçinin çoxmillətli qüvvələrin tərkibindən iki partnyor dövlətin itkilərindən kədərlənmişik", - Miller Pentaqonun "Twitter"dəki rəhbərində yazıb.
Daha əvvəl "Sky News Arabia" telekanalı bildirib ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə Cənubi Sinayda baş verib.
16:55
Misirin Sinay yarımadasında Beynəlxalq sülhməramlılara məxsus helikopetrin qəzaya uğraması nəticəsində 7 sərnişin ölüb, 5 nəfər isə yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Bildirilib ki, tibb işçiləri yaralılara hadisə yerində yardm etdiklərindən onların İsrailə təxliyə edilməsinə ehtiyac olmayıb.
16:04
Səudiyyə Ərəbistanı sərhədində beynəlxalq qüvvələrə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb.
Avtosfer.az “Newsru”ya istinadən xəbər verir ki, yaralılar İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.
Bildirilib ki, helikopter Misirin Sinay yarımadasından qayıdırmış.
Qeyd edək ki, İsraillə Səudiyyə Ərəbistanı arasında ümumi sərhəd yoxdur. Hər iki dövlət İordaniya ilə həmsərhəddir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB











