Şirkətin avtomobili ilə üç nəfərin ölümünə səbəb olan sürücü hökmdən narazıdır

Bakıda üç nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Firudin Əsədovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 24-nə təyin edilib.
Kassasiya şikayəti hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əsədov yeddi il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs olunub.
Qeyd edək ki, hadisə ötən il yanvarın 18-də paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini F.Əsədovun idarə etdiyi, “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetmədən çıxaraq Elşən Eyvazovun idarə etdiyi VAZ-2109 markalı avtomobil ilə toqquşub. Nəticədə sürücü E.Eyvazov, sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüblər.
Daha sonra F.Əsədov təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Pravda.az
Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO
Zaqatalada maşın ağaca çırpıldı - Sürücü yanaraq ÖLDÜ
Bakıda dəhşətli qəza: “BYD” ilə toqquşan “Mercedes” ikiqat oldu - VİDEO
Yasamalda qəza: “BYD” yolun ortasında aşdı - VİDEO
Salyanda ağır QƏZA: 1 ölü, 2 yaralı - VİDEO
Hövsanda qəza: “Prius” aşıb yolu bağladı - VİDEO
İsmayıllıda AĞIR QƏZA: Ölənlər var - FOTO - YENİLƏNİB










