Şirvanda ağır yol qəzası: xəsarət alanlar var

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Şirvan polis şöbəsindən apa-ya verilib. Məlumata görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şirvan sakini, 1996-cı il təvəllüdlü Həsənov Miradil Mirdadaş oğlu idarə etdiyi VAZ 2107 markalı 90 KA 367 dövlət nömrə nişanlı avtomobili təhlükəli dönmə əməliyyatı yerinə yetirərkən həmyerlisi, 1992-ci il təvəlüdlü Əliyev Nurlan Nazim oğlunun idarə etdiyi KamAZ markalı 54 BE 917 dövlət nömrə nişanlı avtomobilə çırpıb. Zərbənin gücündən VAZ 2107-nin sürücüsü avtomobilin pəncərəsindən yola düşüb. Nəticədə o, ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












