Şirvanda zəncirvari qəza: 3 nəfər ağır yaralandı

Şirvanda 3 nəfərin ağır yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər Polis Şöbəsindən verilən məlumata görə, qəza Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib. 10 RX 324 dövlət nömrə nişanlı “VAZ 2107”, 19 BF 282 dövlət nömrə nişanlı “VAZ 2107” və 99 FO 948 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillər zəncirvari toqquşma törədiblər.
Nəticədə 3 nəfər - Şirvan şəhər Hacıqıhrəmanlı qəsəbə sakini 1957-ci il təvəllüdlü Abdullayev Mikayıl Cəbrayıl oğlu (döş qəfəsinin əzilməsi və qabırğaların sınığı), Şirvan sakini 1984-cü il təvəllüdlü Tağıyeva Aygün Qəhrəman qızı (bud və çanaq sümüyünün sınığı) və sürücü 1990-cı il təvəllüdlü Sabirabad rayon Şıxsalahlı kənd sakini Məmmədov Şahbaz Məhəmməd oğlu (qapalı kəllə-beyin travması) ağır bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sonradan Aygün Tağıyeva Bakı şəhərinə xəstəxanalardan birinə yola salınıb.
Hadisə yerinə FHN-nin xilasediciləri də cəlb olunub. Hadisə zamanı Şirvan-Hacıqabul avtomobil yolunda tıxac yarandığından yol bir müddət bağlı olub.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












