Siyəzəndə ağır QƏZA – Avtobus aşıb, 10 yaralı var - VİDEO - YENİLƏNİB

Siyəzənin Zarat kəndi ərazisində baş verən qəzada yaralananların hamısı Zarat kənd sakinləri olan qadınlardır.
Avtosfer.az xəbər verir ki, onlar parnikdə işləyən fəhlələr olub.
İşçiləri iş yerinə aparan mikroavtobusun aşması nəticəsində 10 qadın xəsarət alıb.
Siyəzən Müalicə-Diaqnostika Mərkəzinin baş direktoru Dadaş Hümbətov Bizim.Media-ya məlumat verib ki, yaralıların vəziyyəti stabildir, onlar hazırda lazımi müayinələrdən keçirilir, aralarında bir-iki xəsarət alan var, ağır vəziyyətdə olanı yoxdur, müayinələrimiz davam edir. Qəzanın səbəbləri araşdırılır.
***
Bu gün səhər Bakı-Quba yolunun Siyəzənin Zarat kəndindən keçən hissəsində mikroavtobus aşıb.
Avtosfer.az xəbər verir ki, iki təcili yardım avtomobili hadisə yerinə cəlb edilib.
Hadisə nəticəsində müxtəlif xəsarətlər alan 10 nəfər Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hazırda onlara ilk tibbi yardım göstərilir.

Bizim.Media
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu












