Siyəzəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub, xəsarət alanlar var - VİDEO - FOTO - YENİLƏNİB

Xəbərə video əlavə olunub.
18:00
Siyəzəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, Bakı-Quba yolunun 98-ci km-də, rayonun Beşdam kəndində "Mercedes" markalı minik avtomobililə "Mercedes-Benz" markalı yük maşınının toqquşması nəticəsində həlak olan sürücünün Rüstəm Bəşir oğlu Qənbərov olduğu məlum olub.
R.Qənbərovun cənazəsi adiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində eləcə də Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Şamama Xasay qızı Qənbərova və oğlu 2001-ci il təvəllüdlü Elnur Rüstəm oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.(Report)
13:38
Siyəzən rayonunda ağır avtomobil qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, rayonun Beşdam kəndində baş verib.
Belə ki, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza zamanı iki nəfər ölüb, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Hadisə nəticəsində eləcə də Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Şamama Xasay qızı Qənbərova və oğlu 2001-ci il təvəlludlü Elnur Rüstəm oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR













