Sükan arxasında “TikTok”a baxan sürücü qəzaya düşdü; kəsişmədə yol verməli idi - VİDEO

Sosial şəbəkələrdə motosiklet sürücülərindən biri nəqliyyat vasitəsini idarə edərkən qəzaya düşməsi ilə videosunu yayıb.
Avtosfer.az xəbər verir ki, motosiklet sürücüsü paytaxtdakı yolayrıclarından birini keçərkən kəsişmədə “Mercedes” markalı avtomobil onun nəqliyyat vasitəsinə dəyir. Sürücü videonu paylaşaraq izləyicilərinin fikirlərini öyrənməyə çalışıb və onun tənqid olunmasına şərait yaradıb. Hadisənin paytaxtıtrafı ərazilərdə baş verməsi ehtimal edilir.
Lakin videoya diqqətlə baxanda görünür ki, elə motosiklet sürücüsünün özü qaydaları pozub. Kadrlarda onun motosiklet idarə edərkən sosial platformalardan birində sosial video izləməsi açıq-aşkar görünür. Bu həm də video-qeydiyyatçının səsi ilə də müəyyənləşir. Sürücünün kaskına taxdığı kameraya izlədiyi videonun səsi düşür, telefona mesaj gəldikdə səs kəsilir, sonra davam edir, hətta siqnal və “Mercedes”in toxunuşu da telefondakı səslə üst-üstə düşür. Yəni sürücü nəqliyyat vasitəsi idarə edərkən mobil telefondan istifadə edir.
İkinci kobud qayda pozuntusu isə yolayrıcını düzünə keçən motosiklet sürücüsünün sağdan gələn nəqliyyat vasitələrinə yol verməli olduğunu bilməməsidir. Bütün bunlara rəğmən özünü haqlı çıxarmağa çalışmaq, öz izləyici kütləsinə bunu diqtə etmək və başqasının linç edilməsinə, tənqidinə nail olmağa cəhd edən sürücü, yəqin ki, qəzadan sonra sükan arxasında, nəqliyyat vasitəsi idarə edərkən “TikToka” baxmamalı olduğunu unutmaz.
Səfər
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










