Sükanı buraxıb qəzet oxumağa başladı - VİDEO

Demək olar ki, hər gün qəza xəbərlərinin şahidi oluruq. Lakin bir çox sürücülər baş verənlərdən heç cür nəticə çıxarmaq istəmirlər. Sonda elə özləri bu hadisələrin qurbanına çevrilirlər. Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində də bir sürücünün məsuliyyətsizliyi izləyən hər kəsi dəhşətə gətirib. Magistral yolda avtomobil sürərkən qəzet oxuyan sürücü həm özünün, həm də yolda olan digər sürücülərin həyatını təhlükə altına alıb. Sürücü hərəkətdə olan avtomobilin sükanını buraxaraq əlindəki qəzeti oxumağa başlayıb. Bir gözü yolda, bir gözü qəzetdə olan sürücünün rahat davranışları digər sürücü tərəfindən anbaan lentə alınıb. Lentə alındığının fərqinə varan sürücü bir anda sürəti artıraraq gözdən itməyə çalışıb. Qeyd edək ki, izləyicilərin böyük təəccübünə səbəb olan qeyri-adi görüntülər mediada da müzakirə mövzusuna çevrilib. Səs-küyə səbəb olan hadisə qəza ilə nəticələnməsə də sürücüyə qarşı müvafiq qurumların tədbir görüləcəyi istisna edilmir.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












