Sumqayıtda dəhşətli qəza törədən sürücüyə 9 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 nəfərin ölümü, 28 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədən Vaqif Behbudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vaqif Behbudov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin aprel ayının 8-də Bakı-Quba magistral yolunun Sumqayıt Texnologiyalar Parkının yaxınlığında Vaqif Azad oğlu Behbudovun idarə etdiyi “Amiqo M 2633” özüboşaldan yük markalı avtomaşınla Ramiz Qurban oğlu Muradovun idarə etdiyi “İsuzu Ekobus” markalı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 28 nəfər yaralanıb, “İsuzu Ekobus” markalı maşının sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerindəcə ölüb. Dəhşətli yol qəzası ilə bağlı aparılan istintaq zamanı Vaqif Behbudovun günahkar olması üzə çıxıb. O, həbs edilib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












