Sumqayıtda minik maşını yük avtomobilnə çırpıldı, ölən var - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində (Bakı-Quba avtomobil yolunun 29-cu kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Sumqayıt Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
xxx
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Sumqayıt avtomobil yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomobil idarəetmənin itməsi səbəbindən yük maşınının altına girib. Qəza nəticəsində minik vasitəsinin sürücüsü hadisə yerində ölüb.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
(apa)
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO















