Suraxanıda DƏHŞƏTLİ QƏZA: hər iki sürücü səhvə yol verib - VİDEO - YENİLƏNİB

Qəzalar 13 Aprel 2026 13:30
Suraxanıda DƏHŞƏTLİ QƏZA:  hər iki sürücü səhvə yol verib - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Suraxanı rayonu, Zığ şosesində ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərin kimliyi müəyyənləşib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Elmir Qubadovun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil yolun hərəkət hissəsində dayanmış yük maşını ilə toqquşub.

Nəticədə iki nəfər hadisə yerində ölüb.

Qəza zamanı 1986-cı il təvəllüdlü Elvin Əsgərov və 1984-cü il təvəllüdlü Samir Məmmədov həlak olublar. 1965-ci il təvəllüdlü Azad Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***13:00

Aprelin 12-si, gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin görüntüsü yayılıb.

Avtosfer.az Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən həmin görüntüləri təqdim edir:

NİİM-in məlumatında qeyd edilib ki, nəqliyyat vasitəsi hər hansı səbəbdən yolun hərəkət hissəsində məcburi dayandığı zaman qəza dayanma işıq siqnalı yandırılmalı və nəqliyyat vasitəsinin arxasında ən azı 30 metr məsafədə xüsusi nişan yerləşdirilməlidir:

"Hər dəfə deyildiyi kimi, sürücülər yollarda diqqəti yayındıracaq vasitələrdən istifadə etməməli, xüsusilə də sutkanın qaranlıq vaxtı bu məsələyə daha məsuliyyətlə yanaşmalı və qaydalara əməl etməlidir".

***10:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində, Zığ dairəsi-Hava Limanı yolunda qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobil ilə "Hyundai" markalı yük maşınının toqquşması nəticəsində minik avtomobili alışıb. Hadisə nəticəsində "Toyota"da olan bir nəfər ölüb, iki nəfər isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ dairəsi-Hava Limanı yolunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən "Toyota" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində nəqliyyat vasitəsinin mühərriki və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 1 nəfər həyatını itirib.

Oxunub : 560
ŞƏRH YAZ
Ad

E-mail

Şərh