Sürətlə gələn avtomobil piyadaya çırpıldı - FOTO

Bərdədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə Bərdənin Koroğlu küçəsində qeydə alınıb. Bərdə rayon sakini 25 yaşlı Xaliq Kərimov yüksək sürətlə idarə etdiyi VAZ-2101 markalı avtomaşınla idarəetməni itirərək yol kənarındakı piyadaya çırpılıb. Ağır xəsarət alan piyada 28 yaşlı Rahib Zeynalov onu avtomobiliylə vuran sürücünün köməyilə Bərdə MRX-na çatdırılıb. Xəstəxanadan əldə etdiyimiz məlumata görə qəza nəticəsində yaralanan Ağdam rayonundan məcburi köçkün Rahib Zeynalovun sağ bud sümüyü sınıb və ağır kəllə beyin travması alıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerinə Bərdə rayon polis şöbəsinin əməkdaşları da gəlib. Əldə etdiyimiz məlumata görə, hadisənin törətməkdə təqsirli bilinən Xaliq Kərimov özü polisə təslim olub. Hazırda baş vermiş faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR


















