Sürücü “Allahu Əkbər” deyib 11 nəfəri vurdu - FOTO

Fransada avtomobil sürücüsü “Allahu Əkbər” qışqıraraq, bir neçə qrup piyadanı vurub. Avtosfer.az Le Bien Public-ə istinadən xəbər verir ki, hadisə dekabrın 21-də, Dijonda baş verib. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Əvvəlcə kişi Vilson meydanında dörd nəfəri vurub, daha sonra üç dəfə avtomobili insanların üzərinə sürməyə cəhd göstərib. Bu zaman daha 7 piyada yaralanıb. Polis əməkdaşlarının sözlərinə görə, sürücü qəsdən piyadaları vururmuş. Kişi, həmçinin onun iki sərnişini cinayət yerindən qaçıblar. Daha sonra polis sürücünü saxlaya bilib. Bu zaman o, “Fələstin uşaqları naminə” qışqırırmış. “Cinayətkar – 1974-cü il təvəllüdlü kişi əsəb pozğunluğundan əziyyət çəkir”, - deyə, hüquq-mühafizə orqanlarından Le Parisien-ə bildiriblər. Məlumata görə, cinayəti törədən şəxs müalicə alır. Hadisənin təhqiqatını Paris prokurorluğunun anti-terror bölməsi aparır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














