Tanınmış blogger azərbaycanlı avtoritetin maşını ilə qəza törətdi - HADİSƏ ANI

Noyabrın 14-də Rusiyanın Yekaterinburq şəhərində 22 yaşlı azərbaycanlı blogger “Bentley” markalı avtomobillə qəza törədib.
Avtosfer.az Lent.az-a istinadla bildirir ki, “Bentley” markalı avtomobilin sürücüsü Bebelya küçəsi ilə hərəkət edib. O, Yol Hərəkəti Qaydalarının 9.2-ci bəndini pozaraq qarşıdan gələn nəqliyyat üçün nəzərdə tutulan zolağa çıxıb və orada küçədən sola dönən “Hyundai” markalı avtomobillə toqquşub.
O da bildirilir ki, toqquşmadan sonra “Bentley” yolun hərəkət hissəsindən çıxaraq lampaya çırpılıb. Hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzanın günahkarının 3 il ərzində 194 dəfə cərimə olunduğu deyilir.
Məlumata görə, “Bentley” markalı avtomobili azərbaycanlı blogger Emil İ. idarə edib. O da qeyd olunur ki, avtomobil əvvəllər azərbaycanlı kriminal avtoritet Marsel Həsənova məxsus olub.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











