Təcili tibbi yardım avtomobili ilə qəzaya düşən xəstə öldü

Təcili Tibbi Yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən xəstə ölüb.
Avtosfer.az xəbər verir ki, bir neçə gün bundan əvvəl Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən insult xəstəsi Astara rayon sakini 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədova ölüb.
Qeyd edək ki, həmin gün Astaradan Lənkərana gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili, köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi "Hundai Tucson" markalı minik avtomobili ilə toqquşmuşdu. Qəza nəticəsində, Təcili Tibbi yardım avtomobilində olan xəstə A.Əhmədova və xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunmuşdu. Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Onu da bildirək ki, "Hundai Tucson" sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.
(unikal)
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO












