Təcili yardım maşınının sürücüsü çağırışa gələrək ölmüş oğlunu tapıb

Malayziyada 49 yaşlı təcili yardım sürücüsü Mohd Takva İsmayıl qəza keçirən oğlunun çağırışına gəlib.
Avtosfer.az bildirir ki, bu barədə "New Straits Times" məlumat yayıb.
İsmayıl zərərçəkmişi xəstəxanaya çatdırmalı olub. Kişinin sözlərinə görə, hadisə yerinə gələndə onda narahatlıq hissi yaranıb. Maşından düşəndən sonra 21 yaşlı oğlu Məhəmməd Aymanın motosikletini tapıb.
Ayman avtomobili ötmək istəyərkən qarşıdan gələn yük maşını ilə toqquşub. O, başından ağır xəsarətlər alıb və hadisə yerində ölüb. "Təcili yardım maşını sürücüsü kimi işlədiyim 21 il ərzində ilk dəfədir ki, ailə üzvlərimdən birinin xəsarət alması ilə qarşılaşıram. O an necə kədərləndiyimi ancaq Allah bilir", - İsmayıl deyib.
O, oğlunun sakit və rahat insan olduğunu, lakin hər zaman insanların diqqətini çəkdiyini, istənilən mühitə asanlıqla uyğunlaşdığını bildirib. Polis qəzanın təfərrüatlarını araşdırır. Yük maşınının sürücüsü xəsarət almayıb.
Bakıda "BYD" "Prius"la toqquşdu: Biri aşdı, digəri isə... - VİDEO
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO
Bakıda motosiklet avtomobilə çırpıldı, yeniyetmə ağır xəsarət aldı
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Ağcabədidə iki maşın toqquşdu - Ölən var - FOTO
Əks yola çıxıb ağır qəza törətdi; dəfələrlə havada fırlandı - FOTO - VİDEO
Sabirabadda "07" "Nissan"la toqquşdu - Ölən və xəsarət alanlar var - FOTOLAR
Ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda AĞIR QƏZA: Vətəndaşlar belə xilas edildi - VİDEO
Bakıda dəhşətli QƏZA: Sürücünün ayağı qopdu – VİDEO










