Təmir etdiyi maşınının altında qaldı
Qəzalar
19 May 2021 21:36
Oxunub 1682

Şirvanda “Mercedes” 31 yaşlı kişinin üzərinə aşıb.
“Qafqazinfo”nun məlumatına görə, Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü Əliyev Şahin Zamiq oğlu öz avtomobilini təmir edən zaman avtomobili onun üzərinə aşıb.
Ağır xəsarətlər alan Ş.Əliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













