Tərtərdə "06" piyadanı vurub öldürdü
Qəzalar
29 Avqust 2020 19:11
Oxunub 1230

Tərtər şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən bildirilib ki, avqustun 28-də saat 21 radələrində Tərtər şəhəri ərazisində Kəlbəcər rayon sakini D.Ələkbərov “VAZ-2106” markalı avtomobili idarə edərkən yolu keçən şəhər sakini Urqiyyə Şükürovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













