Tovuzda qəzada sürücü və azyaşlı ölüb, 2 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Tovuzda baş verən qəzada ölənlərin sayı 2 nəfərə çatıb.
Avtosfer.az -ın xəbərinə görə, qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq də həkimlərin səyinə baxmayaraq həyatını itirib.(APA)
16:00
Tovuzda baş verən qəzada xəsarət alanların adları məlum olub.
Avtosfer.az -ın xəbərinə görə, "VAZ 2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri - 1988-ci il təvəllüdlü Əliyev Elçin, 1992-ci il təvəllüdlü Aslanov Elçin və Tovuz rayon Düz Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü İslamzadə Müşviq xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.(APA)
14:40
Tovuzda ölümlə nəticələn yol qəzası baş verib.
Avtosfer.az -ın xəbərinə görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb, bir azyaşlı hadisə yerində ölüb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.(APA)


Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO











