"Toyota Prius" qəza edib yenə can aldı, sürücü hadisə yerindən qaçdı

Bakıda naməlum sürücü avtomobillə piyadanı vuraraq öldürüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun avqustun 28-nə paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə "Toyota Prius" markalı avtomobili idarə edən müəyyən edilməmiş sürücü 1992-ci il təvəllüdlü Məmmədli Nurəddin Ziyət oğlunu piyada keçidinin üzərində vuraraq hadisə yerindən qaçıb. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO











