Traktoru dayandırmaq istədi, ÖZÜ ÖLDÜ

Qəzalar 26 Sentyabr 2022 10:14 Oxunub 718
Traktoru dayandırmaq istədi, ÖZÜ ÖLDÜ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tovuz rayon sakini tarktorun altında qalaraq həyatını itirdi.

Avtosfer.az-ın məlumatına görə, 1972-ci il təvəllüdlü Asif Nəsrəddin oğlu Şamilov idarə etdiyi “MTZ-80” markalı traktorun qəflətən hərəkət etdiyini görüb dayandırmaq istəyərkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Nəticədə traktorun altında qalaraq ağır xəsarətlər alıb. Tovuz RMX-na aparılsa da, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Tovuz RPŞ-də araşdırma aparılır.

Lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh