Türk vətəndaşının öldüyü "Prius" qəzasıyla bağlı cinayət işi başlanılıb - FOTO

Bakıda Türkiyə vətəndaşının öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Hadisə avqustun 27-si saat 00:05 radələrində paytaxtın Səbail rayonu, Yeni Salyan yolunda qeydə alıb.
Belə ki, 1993-cü il təvəllüdlü Quliyev Faiq Əjdər oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə həmin yolda üzü "Azneft" dairəsi istiqamətində hərəkətdə olan zaman piyadalar - Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Türksoyu Yusifi, 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızını və şəxsiyyəti məlum olmayan qadını vurub. Nəticədə Türksoyu Yusif hadisə yerində ölüb. Xəyalə Əhmədova və şəxsiyyəti məlum olmayan
qadın isə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Hazırda istintaq aparılır.
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO












