Türkiyə vətəndaşı olan sürücü Zaqatalada qəzada həlak olub - YENİLƏNİB - FOTO

Zaqatalada qəzada ölən şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub.
APA-nın məlumatına görə, yük avtomobili sürücüsünün Türkiyə vətəndaşı olduğu müəyyən edilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirlir. O, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb. Yolu keçmək istəyən sürücünü "Mercedes Vito" markalı 99-VR-062 dövlət nömrə nişanlı mikroavtobus vurub.
22.08
Zaqatalada maşın vuran yük avtomobili sürücüsü hadisə yerində ölüb.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Şəxsiyyəti hələlik müəyyən edilməyən kişini minik avtomobili vurub.
Qəza zamanı ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb. Ölən şəxsin yük avtomobilinin sürücüsü olduğu bildirilir. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR


















