Üç ay əvvəl evlənən cütlük ağır qəzaya düşdü, oğlan öldü - YENİLƏNİB - FOTO
Kürdəmirdə üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə gecə saatlarında Kürdəmir-Zərdab yolunda rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini 29 yaşlı Bəkirov Rauf Kamal oğlu “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman sürücü əvvəlcə qarşısında hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdə hərəkət edən “Ford” markalı mikroavtobusa çırpılıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır dərəcəli bədən xəsarəti alan Rauf Bəkirov təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və sürücü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
apa
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza: Tıxacın uzunluğu Dərnəgülə çatır - VİDEO
Sərxoş və vəsiqəsiz sürücü qəzaya səbəb oldu: 4 yaralı, 8 800 manat cərimə
ANAMA-nın əməkdaşı yol qəzasında öldü - FOTO
Füzulidə AĞIR QƏZA: Avtomobil ağaca çırpıldı, sürücü ÖLDÜ
Xaçmazda AĞIR QƏZA: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Bakıda sürücü motosikleti vurub aşırdı; kuryer asfalta yıxıldı - ANBAAN VİDEO
Bakıda avtomobil aşdı - FOTO - VİDEO
Ziya Bünyadovda qəza: 6 maşın bir-birinə girdi - VİDEO
"Toyota Prius" "Ford Fusion"u vurub qaçdı - VİDEO
“Mercedes”lə “Range Rover” toqquşdu - VİDEO










